AZ

Sel yenə can aldı

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Vyetnamın şimalında təsirli olan Bualoi tayfunu nəticəsində 1 nəfər həyatını itirib, 12 balıqçı itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Çin Dənizində saatda 117 kilometr sürətə çatan Bualoi tayfunu bir qədər zəifləyərək yerli vaxtla saat 08:00-da Vyetnama çatıb.

250 min insanın təxliyə edildiyi Da Nang və Hue şəhərlərində 8 metrə qədər yüksələn dalğalara səbəb olan fırtına zamanı bir nəfər sel sularına qapılaraq həyatını itirib.

Quang Tri vilayəti sahillərində isə nəhəng dalğalar səbəbindən dörd balıqçı qayığının batdığı və 12 balıqçının itkin düşdüyü bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr