AZ

Azərbaycan cüdo millisində yeni Olimpiya dövrü - Slavko Tekicdən AÇIQLAMA

Azərbaycan cüdo millisində yeni Olimpiya tsikli başlayır. “Paris-2024”də iki qızıl medal qazanan komanda “Los-Anceles-2028” üçün böyük hədəflər qoyub. Qarşıda evdə keçiriləcək dünya çempionatı və reytinq yarışları olduğundan hazırlıq xüsusi önəm daşıyır.

İdman.biz xəbər verir ki, baş məşqçi Slavko Tekic Avropa Cüdo İttifaqının saytına açıqlamasında uğurların sirrini ənənə, yenilik və etimadın vəhdətində görüb:

“Universal üslub formalaşdırmışıq. Gücü və texniki dəqiqliyi birləşdiririk, rəqibləri sürprizlərlə təəccübləndiririk”.

Alman mütəxəssis bildirib ki, nəticələr yalnız idmançıların əzmkarlığı ilə deyil, məşqçi heyətinin həmrəyliyi və rəhbərliyin dəstəyi ilə bağlıdır:

“Trautman yarış planını hazırlayır, rəhbərlik dərhal təsdiqləyir. İki ildir bu şəkildə işləyirik və nəticə ortadadır. Ən böyük qələbə – qazandığımız güvəndir”.

Tekic qadın yığmasının baş məşqçisi Amina Abdelatifin də komanda üçün mühüm fiqur olduğunu vurğulayıb. Onun sözlərinə görə, Parisdəki uğur motivasiyanı artırıb:

“İdmançılar daha çox çalışmaq istəyirlər. Hər kəsin şansı var və israrla davam etsələr, nailiyyətlərin sərhədi olmayacaq”.

Zəki Feyzullayev

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr