AZ

Sandu qalib gəldi, lakin Rusiya ölkəni parçalayır Ağrılı ssenari

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Müasir dövrdə bəzi dövlətlərdəki seçkilər daxili auditoriya ilə bərabər xarici qüvvələri bəlkə daha çox maraqlandırır və burada xalq ayrı-ayrı qlobal oyunçuların maraq obyektinə çevrilir. Ermənistanda, Moldovada, Gürcüstanda keçirilən parlament seçkiləri bu qəbildəndir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov Moldovada keçirilən parlament seçkilərini şərh edərkən deyib.

O bildirib ki, sentyabr ayının ən vacib mövzularından biri Moldovadakı parlament seçkiləri idi:

“Bu seçkilər ölkənin gələcək yolunu müəyyən etməkdədir. Hazırkı Prezident Maya Sandu 50 faiz civarında səs toplayaraq ilk yeri qazanıb. Sosialist Partiyası (PSRM), Kommunistlər və Moldovanın Gələcəyi partiyalarını birləşdirən Rusiyayönlü Vətənpərvərlər Bloku 24,25% səslə ikinci yeri tutub. Özünü avropapərəst adlandıran, lakin keçmişləri Rusiya ilə bağlı olan siyasətçilərin daxil olduğu Alternativ blok 7,98% səslə ilk üçlüyü tamamlayıb.

Renat Usatovun “Bizim Partiya” partiyası da  6,2% səslə parlamentə daxil oldu. Sürprizi isə Vasiliy Kostyukun “Evdə Demokratiya” partiyası etdi,   seçki kampaniyasını hökumət rəsmilərini tənqid edən TikTok videoları üzərində quran bu partiya səslərin 5,6% səs toplayaraq minimal barajı keçə bildi”.

Zaur Məmmədova

Ekspert deyib ki, seçkilərdən əvvəl istər hökumət, istərsə də müxalifət kütləni səfərbər etmək üçün kəskin bəyanatlar verirdilər:

“Sandu Rusiyanı Moldovadakı seçkilərə müdaxilə etməkdə günahlandıraraq “əgər onlar qalib gəlməsə, Kremlin bu ölkədə oturacağını və Odessaya hücum edəcəyini” bildirmişdi. Öz növbəsində keçmiş prezident İqor Dodon hakimiyyəti seçkilərə müdaxilədə günahlandırmaqda hələ də davam edir.

Qeyd edim ki, dünənki seçkilər 1 il əvvəl baş tutan prezident seçkiləri və referendum kimi faktiki olaraq eyni nəticələri göstərdi. Həmin dövrdə Avropadakı diasporanın hesabına son anda hakim partiya qalib gəlməyi bacarmışdı. Maraqlısı budur ki, o dövrdə də, dünənki seçkilərdəki kimi əhalinin, demək olar ki, yarısı proseslərdən uzaq qalmağa üstünlük verib.

Sorğular göstərirdi ki, yerli seçicilərin böyük hissəsi hələ seçkilərdə necə səs verəcəyini qərarlaşdırmamışdı və ya səs verməyi düşünməyənlər arasında narazılıq və ümidsizlik var idi.

Beləliklə, Moldovada ölkənin gələcəyi, milli indentiklik, xarici siyasətlə bağlı baxış bucağında kəskin qütbləşmə var və cəmiyyət faktiki olaraq iki yerə parçalanıb. Bu parçalanma həm regional xətt üzrə (şəhər-kənd, mərkəz-periferiya), həm də nəsillər arasında özünü göstərir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
globalinfo.az

10Mənbələr