AZ

Qlobal brend, yerli məhsul “McDonald’s Azərbaycan”ın ət təchizatı

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir qrup jurnalist olaraq “AzProtein Food’s Group” şirkətinə səfər etdik. Məqsəd “McDonald’s Azərbaycan” restoranlarında təqdim olunan burgerlərin əsasını təşkil edən ətin necə hazırlanması ilə yaxından tanış olmaq idi.

Mediatur zamanı şirkət nümayəndələrinin müşayiəti ilə ət istehsalı prosesi addım-addım bizə nümayiş etdirildi.

Əvvəlcə qısa olaraq onu qeyd edim ki, “AzProtein Foods Group” 2012-ci ildən fəaliyyət göstərən, dana əti və ət məhsulları istehsalı sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. Şirkət bütün məhsullarını “100% Halal” prinsiplərinə uyğun şəkildə istehsal edir.

Buradakı heyvanlar Yalama fermasında optimal şəraitdə yetişdirilir və hər buzov xüsusi identifikasiya nömrəsi ilə izlənilir. Yalama fermasından gətirilən heyvanlar kəsim üçün hazırlanır. Onlar daima  baytarlıq nəzarəti altında olur. 

İnəklər əvvəlcə AQTA baytar həkimlərinin nəzarətindən keçirilir. Daha sonra kəsim mərhələsinə gətirilən heyvanların əti xüsusi laboratoriyalarda yoxlanılır. Ət parçaları ayrıldıqdan sonra xüsusi ət çəkən maşınlarda emal edilir. 

Hər mərhələdə ətin keyfiyyət göstəriciləri – rəng, yağlılıq, istilik, pH dəyərləri və dad uyğunluğu – ciddi şəkildə yoxlanılır.

Hazırlanmış ət müəyyən standartlara uyğunlaşdırıldıqdan sonra xüsusi qablaşdırma xəttinə ötürülür. Qablaşdırılan məhsullar dondurucuda saxlanılır, daha sonra isə xüsusi soyuducu ilə təmin edilmiş yük maşınları ilə birbaşa “McDonald’s Azərbaycan”ın mərkəzi anbarına, daha sonra isə restoranlarına göndərilir.

Bu proses sayəsində istehlakçılara təqdim olunan burgerlərdə istifadə olunan ətin həm təmiz, həm də beynəlxalq standartlara uyğun olduğunu öz gözlərimizlə görmüş olduq. 

Beləliklə, “McDonald’s Azərbaycan” menyusunda yer alan hər bir burgerin arxasında ciddi nəzarət, çoxmərhələli istehsal prosesi və keyfiyyət təminatı dayandığını öyrəndik. 

İstehsal müəssəsində gündəlik dezinfeksiya, biomüdafiə tədbirləri və sanitar geyimdə çalışan işçilər istehsal prosesinin şəffaflığını və təhlükəsizliyini təmin edir.

Şirkət Azərbaycanda Beynəlxalq Qida Təhlükəsizliyi tələblərinə cavab verən tam izlənmə sistemini tətbiq edib. Bu texnologiya sayəsində hər məhsulun xammaldan son qablaşdırmaya qədər bütün mərhələləri izlənilir.

Şirkətin istehsal etdiyi ət məhsullarının təkcə Azərbaycandakı “McDonald’s” restoranlarına deyil, həm də xaricdəki “McDonald’s” şəbəkələrinə ixracı planlaşdırılır.

Lamiyə Məmmədova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
qafqazinfo.az

1Mənbələr