AZ

Saymon Stil: İqlim dəyişikliyinin qarşısını yalnız birgə əməkdaşlıqla almaq mümkündür

 

Bakı, 29 sentyabr, AZƏRTAC

Cəmiyyət olaraq iqlim dəyişikliyinə qarşı mübarizədə görəcəyimiz çox iş var. Biz iddialı hədəflər qəbul etmişik. Bu o deməkdir ki, hər birimiz öz iqlim fəaliyyəti proqramlarımızı mümkün qədər tam icra etməli, yeni layihələr hazırlayıb həyata keçirməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində onlayn iştirak edən

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil söyləyib.

O qeyd edib ki, bu yolda qətiyyətlə və birlikdə əməkdaşlıq edilməlidir. “İqlim dəyişikliyinin qarşısını yalnız birgə əməkdaşlıqla almaq mümkündür. Burada hökumətlərin siyasi iradəsi, biznesin məsuliyyətli yanaşması və texnologiyanın dəstəyi həlledici rol oynayır. Ən vacib hədəflərdən biri isə emissiyaların azaldılmasıdır. Unutmayaq ki, heç bir şirkət və ya dövlət bu məsələnin öhdəsindən təkbaşına gələ bilməz. İqtisadi sabitlik və cəmiyyətlərin rifahı birbaşa bizim bu gün atacağımız addımlardan asılıdır. Məhz buna görə hökumətlər ətraf mühitin qorunması ilə bağlı vacib siyasətləri qəbul etməli, özəl sektor isə bu prosesdə fəal iştirak etməlidir”,- deyə icraçı katib vurğulayıb.

Saymon Stil Bakı İqlim Fəaliyyəti Həftəsini bu baxımdan əvəzsiz platforma kimi qiymətləndirib: “Burada öhdəliklər götürə, vədlər verə, tərəfdaşlıqlar qura bilərik. Bu fürsəti düzgün dəyərləndirməliyik”.

 

Seçilən
50
2
azertag.az

3Mənbələr