AZ

Bəzi yerlərdə yağıntı davam edir - FAKTİKİ HAVA

Sentyabrın 29-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Gundem.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı, Şəkidə(Kişçay) 3, Qəbələ, Cəlilabad, Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş(Qax), Kişçay(Şəki), Şamaxı,Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Seçilən
43
32
gundem.az

10Mənbələr