AZ

Adilbek Uulu: TDT Mərkəzi Asiyanı, Qafqazı və Anadolunu birləşdirən strateji körpü rolunda çıxış edir

Bakı, 29 sentyabr, AZƏRTAC

Hazırda dünya qarışıqlıq içindədir. Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi göstərir ki, təhlükə və risklər artır, bu isə Mərkəzi Asiya ölkələrinə də təsir edir. Münaqişələr hibrid xarakter alır, yeni tipli təhdidlər - infrastrukturun hədəfə alınması, dezinformasiya, psixoloji əməliyyatlar, iqtisadi sanksiyalar, diplomatik təzyiqlər və digər risklər meydana çıxır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğız Respublikası Prezidentinin yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktor müavini Şumkarbek Adilbek Uulu “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda Bakıda keçirilən konfransda söyləyib.

O bildirib ki, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi rol daşıyır. TDT Mərkəzi Asiyanı, Qafqazı və Anadolunu birləşdirən strateji körpü rolunda çıxış edir. Təşkilatın gücü bəyanatlardan konkret addımlara keçid imkanında, birgə risk qiymətləndirilməsində, pilot layihələrin reallaşdırılmasında və sınaq mexanizmlərinin tətbiqindədir.

Seçilən
35
1
azertag.az

2Mənbələr