AZ

Trampı məhkəməyə verdilər

ABŞ-nin Oreqon ştatı ölkə Prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.

“Qafqazinfo” “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, buna səbəb Trampın “daxili terrorizmlə mübarizə” üçün ştatın Portlend şəhərinə Milli Qvardiya üzvlərinin göndərilməsi barədə qərarı olub. 

Qəzet yazır ki, ştatın prokuroru Den Reyfild sentyabrın 28-də Oreqon məhkəməsində “Milli Qvardiyanın qeyri-qanuni federallaşdırılması” ilə bağlı iddia qaldırıb. 

Qubernator Tina Kotekin sözlərinə görə, sentyabrın 27-də Trampla telefonla danışıb və ona Portlenddə, eləcə də ştatın digər şəhərlərində ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olmadığını bildirib. 

Qeyd edək ki, D.Tramp sentyabrın 27-də “daxili terrorizmlə” mübarizə üçün Oreqonun ən böyük şəhərinə hərbçilərin göndərilməsi barədə göstəriş verib.

"Cebheinfo.az" 

Seçilən
31
2
cebheinfo.az

3Mənbələr