AZ

Yasamalda qurudulmuş gölün ərazisində bina inşa olunur? 

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında, vaxtı ilə göl olan ərazidə çoxmərtəbəli bina inşa olunur.

Modern.az-ın məlumatına görə, ATV-yə danışan sakinlər bildiriblər ki, qazıntı zamanı bünövrədən su çıxır. Onlar inşa ediləcək binanın gələcəkdə böyük faciəyə yol açacağından narahatdırlar.

“Qapını açırdıq göl gözümüzün qabağında idi. 50 metr dərinliyində olub. Balıq da tuturdular, zibil də gətirib tökürdülər. Sonradan gölü qurutdular”, - sakinlər qeyd edib.

Ərazidə çoxmərtəbəli bina inşa edən “PRİMO Residence” tikinti şirkətindən isə bildirilib ki, işlər artıq dayandırılıb.

Ərazidə tikinti ilə bağlı Fövqalədə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar şirkət tərəfindən aparılan işlərə dair icazəverici sənədlər təqdim edilmədiyindən, nazirlik sentyabr ayının 4-də tikinti işlərinin dayandırılmasına dair qərar verib.

 

Seçilən
20
7
modern.az

8Mənbələr