AZ

İsmayıllıda toyda dörd nəfər bıçaqlandı: Biri BƏYDİR - TƏFƏRRÜAT

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlum olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev (bəy), 2005-ci il təvəllüdlü Səid İsayevi toy çadırından çölə çağırıb. Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.

Bu vaxt E.Babayev daha üç nəfərə - 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.

*** 09:19

Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub.

Belə ki, hadisə zamanı rayon sakinləri - 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

Hadisə kənddə keçirilən toy mərasimi zamanı qeydə alınıb.

Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib.

O, daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağardan kənarda münaqişə yaşanıb.

Bu zaman bəy və digər şəxslər E.Babayevi sakitləşdirmək istəyib. Lakin Elşən bıçaqla bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib.

E.Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib.

Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Seçilən
17
4
far.az

7Mənbələr