AZ

Kelloq: “Tramp Rusiyaya zərbələrin əleyhinə deyil”

AzVision.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalının efirində belə deyib.

“Məncə, onun dediklərini, həmçinin vitse-prezident Vens və Dövlət katib Rubionun dediklərini oxusanız, cavab “bəli” olacaq”,- Amerika liderinin xüsusi nümayəndəsi deyib.

WP:“Kiyev Trampdan iki suala cavab istəyir”
Kit Kelloq aparıcının“Siz deyirsiniz ki, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə vermək prezidentin mövqeyidir, buna prezident tərəfindən sanksiya verilib?”sualını belə cavablandırıb.

Kiyevə “Tomoqavk” tipli raketlərin verilməsinə gəlincə isə, onun sözlərinə görə, bu qərar hələ qəbul olunmayıb.

Daha əvvəl Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı istisna etmədiyi barədə məlumat yayılmışdı.

Bununla belə, Amerika lideri məhdudiyyətləri birbaşa ləğv etmək barədə öhdəlik götürməyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
30
1
azvision.az

2Mənbələr