AZ

Bakı–Berlin Yol Xəritəsi illik 1,3 trilyon dollarlıq maliyyə artımını hədəfləyir

Bakı. Trend:

Hazırda biz Berlinlə birlikdə Bakı–Berlin Yol Xəritəsinihazırlayırıq ki, bütün mənbələrdən illik 1,3 trilyon dollarsəviyyəsinə qədər maliyyənin artırılmasını təmin edək.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlimməsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar BabayevBakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O xatırladıb ki, bir il əvvəl Azərbaycan COP29-a ev sahibliyietməyə hazırlaşırdı: "O vaxt dünya diqqətini bizə yönəltmişdi.Çoxları kiçik bir ölkənin bu qədər böyük məsuliyyəti uğurla daşıyabiləcəyinə şübhə edirdi. Həmçinin, beynəlxalq ictimaiyyətin dərinbölünmələr fonunda hələ də birgə qərar qəbul edə bilib-bilməyəcəyidə sual altına alınırdı. 2024-cü il seçkilər, müharibələr vəiqtisadi böhranlarla beynəlxalq əməkdaşlıq üçün ən çətin illərdənbiri oldu.

Lakin Prezident İlham Əliyevin aydın rəhbərliyi altında biz buvəzifəni həm mənəvi borc, həm də strateji fürsət kimi qəbul etdik.Qarşımıza məqsəd qoyduq və uğurla nəticələndirdik. COP29-a evsahibliyi etmək bizim üçün kiçik, lakin iddialı bir ölkə kimi çoxmühüm idi. Bu, hər bir dövlətin liderlik edə və nəticə göstərəbiləcəyini sübut etmək imkanı idi. Azərbaycan bu prosesdən böyükqazanc əldə etdi. 70 mindən çox iştirakçı və 80 dünya lideriniqəbul edərək tarixdə ikinci ən böyük COP-u keçirdik və regionumuzudünyaya tanıtdıq. İnsan kapitalımıza sərmayə qoyaraq yeni nəsildanışıqlar aparıcıları, siyasət ekspertləri və təşkilatçılaryetişdirdik. Beynəlxalq dostluqlar və tərəfdaşlıqlar qurduq, qlobaltədbirlərin və mürəkkəb diplomatik danışıqların uğurla idarəçisikimi reputasiya qazandıq. Konfransın sonunda dünyaya sübut etdikki, ən böyük çağırışların öhdəsindən gələ bilirik".

M. Babayev vurğulayıb ki, COP29-da tarixi nəticələr əldəolundu:

"Uun müddət təxirə salınan karbon bazarları üzrə danışıqlarıbaşa çatdırdıq. Bu, inkişaf etməkdə olan ölkələrdə iqlimlayihələrinə trilyonlarla dollar sərmayə yönəldəcək. Azərbaycanbank sektoru 1,2 milyard ABŞ dolları həcmində “yaşıl layihələr"ləçıxış etdi. Asiya İnkişaf Bankı buzlaqların əriməsi ilə mübarizəüçün 3,5 milyard dollar ayırdı. Beynəlxalq maliyyə institutları2030-cu ilə qədər ildə 170 milyard dollar ayırmağı öhdəsinəgötürdü. 10 trilyon dollardan artıq vəsaiti idarə edən qlobal aktivmenecerlər bizim təşəbbüslərimizə qoşuldular.

Bununla yanaşı, zərər və itkilərə dair fond fəaliyyətə başladıvə artıq bu ildən vəsaitlərin bölgüsünə hazırdır. Ən mühümnəticələrdən biri isə Bakıda yeni maliyyə məqsədinin – donorölkələrin 2035-ci ildən etibarən illik ən azı 300 milyard dollariqlim maliyyəsi səfərbər etməsi öhdəliyinin qəbul edilməsi oldu.Bu, BMT prosesi çərçivəsində indiyədək qoyulmuş ən böyük hədəfdir.Hazırda biz Berlinlə birlikdə Bakı-Berlin Yol Xəritəsinihazırlayırıq ki, bütün mənbələrdən illik 1,3 trilyon dollarsəviyyəsinə qədər maliyyənin artırılmasını təmin edək.

Əziz həmkarlar, bu böyük rəqəmlər real nəticələr verəcək. Bizeyni zamanda sülh, enerji anbarları, şəbəkələr, zonalar vədəhlizlər, hidrogen, rəqəmsallaşma, metan, şəhərlər, turizm, su vədigər sahələr üzrə təşəbbüslər başlatdıq. Ticarət və investisiya,insan inkişafı, kənd təsərrüfatı və şəffaflıq sahəsində də yeniproqramlar işə salındı ki, onlar uzun illər davam edəcək".

M. Babayev qeyd edib ki, bu gün COP29-un sədrliyi hələ dəaktivdir:

"Biz ölkələri Bakıda verdikləri sözlərə görə məsuliyyətə cəlbedirik. Bu ay Nyu-Yorkda BMT Baş Assambleyasında Baş katib AntonioQuterreşlə birlikdə donorların öhdəliklərini xatırlatdıq. Yenitərəfdaşlıqlar üzərində işləyirik və 2026-cı ildə Bakıdakeçiriləcək Dünya Şəhər Forumuna hazırlaşırıq.

Hörmətli qonaqlar, COP29-un uğuruna töhfə verən hər kəsə əndərin minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin vizyonuvə liderliyi, nazirliklərin və dövlət qurumlarının birgəfəaliyyəti, biznes nümayəndələrinin dəstəyi, vətəndaş cəmiyyətininfəallığı, minlərlə könüllünün göstərdiyi qonaqpərvərlik vəmədəniyyətimiz, həmçinin gecə-gündüz çalışan COP29 komandası –bunların hamısı bu uğurun ayrılmaz hissəsi oldu. Bu, əsl millihəmrəylik nümunəsi idi.

Biz göstərdik ki, bir millət ortaq məqsəd ətrafında birləşəndəhər şeyə nail ola bilər. Sübut etdik ki, ölkələr razılaşa bilər,çoxtərəfli sistem işləyə bilər və Azərbaycan qlobal səhnədə özsözünü deyə bilər.
İndi bizim məsuliyyətimiz – Bakıda verilən vədlərin yerinəyetirilməsini təmin etmək, yeni tərəfdaşlıqlar qurmaq və ümumigələcəyimizi qorumaqdır.

İkinci Bakı İqlim Fəaliyyəti Həftəsini açarkən gəlin COP29-unruhunu – həmrəylik və iddialılıq ruhunu davam etdirək. Unutmayaqki, hər bir fəaliyyət önəmlidir, hər bir yerinə yetirilən vəd ümidyaradır, hər yeni tərəfdaşlıq isə daha təhlükəsiz, daha yaşıl vədaha dinc bir dünya qurmaq şansımızı möhkəmləndirir".

Məqalədə:
Seçilən
49
1
az.trend.az

2Mənbələr