AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda zəlzələ baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:54-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,5 bal, ocağı isə 10,31 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr