Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində söyləyib."Keçən il Azərbaycan COP29-un keçirilməsi ərəfəsində idi və müəyyən şübhələr vardı ki, ölkəmiz bu öhdəliyi layiqincə yerinə yetirə biləcəkmi? Prezident İlham Əliyevin yüksək liderliyi nəticəsində qarşımıza böyük öhdəliklər qoyuldu və biz bu məsuliyyətin öhdəsindən uğurla gəldik, mövqeyimizi nümayiş etdirdik. Azərbaycan bu tədbirdən böyük nailiyyətlər qazandı: 70 mindən çox qonaq qəbul etdik, insan resurslarımızı inkişaf etdirdik, beynəlxalq dostluqlar yaratdıq. Bu gün də həmin dostluqlar bizə xidmət edir və biz dünyaya sübut etdik ki, böyük tədbirlərin keçirilməsində Azərbaycana etibar etmək olar", - deyə M.Babayev qeyd edib.
.Gülbəniz Hüseynli / Metbuat.az