AZ

Bakıda "İqlim Fəaliyyəti Həftəsi 02025" başlayır

Bakıda

Bakı ikinci dəfə İqlim Fəaliyyəti Həftəsinə (BCAW) ev sahibliyi edir.Proqram çərçivəsində enerji, maliyyə, iqlim adaptasiyası, KOB-lar və ədalətli keçid mövzularında yüksək səviyyəli siyasi dialoqlar keçiriləcək. Ulusum.az xəbər verir ki, ilk tədbir Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə baş tutmuşdu, budəfəki iclas isə 29 sentyabr–3 oktyabr tarixlərini əhatə edəcək. Tədbirlər çərçivəsində sənaye və innovasiya liderləri, yaşıl texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar da dəyirmi masalara qatılacaq. Sessiyalara iqlim idarəçiliyinə yeni yanaşmalar təklif edən gənc liderlər moderatorluq edəcək. Həftənin əsas məqsədi iqlim tədbirlərinin sürətləndirilməsi və dövlət, biznes, elmi dairələr arasında həll yönümlü əməkdaşlığın gücləndirilməsidir.R.D

Diqqət Çəkənlər

Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!

Türkiyə ədliyyə naziri Yılmaz Tunçdan Azərbaycanla əlaqələrə dair açıqlama

Alimlərdən inqilabi addım: Viruslara qarşı ən böyük zülal bazası yaradıldı

Seçilən
57
ulusum.az

1Mənbələr