ain.az bildirir, Turkstan.az portalına istinadən.
İngiltərədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb.
Turkustan.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu variant xüsusilə səsdə dəyişiklik – boğuq və kəsik danışıqla seçilir. Bununla yanaşı, klassik simptomlar – öskürək, boğaz ağrısı, yorğunluq və burun axması da müşahidə olunur.
"Stratus" ilk dəfə 2025-ci ilin yanvarında Cənub-Şərqi Asiyada qeydə alınıb və artıq 38 ölkədə yayılıb. İngiltərədə isə XFG.3 alt ştammı iyun ayından yoluxmaların 40%-ni təşkil edir.
ÜST bu variantı “nəzarət altında olan ştamm” kateqoriyasına daxil edib. Həkimlər qeyri-adi simptomlar hiss edən şəxslərə test verməyi və tibbi məsləhət almağı tövsiyə edirlər.
İnsanlara peyvənd və şəxsi gigiyena qaydalarına əməl etməklə qorunmaq məsləhət görülür. /Musavat.com/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.