AZ

Prezidentlə görüşənlər arasında Bəxtiyar da var idi – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, III MDB Oyunlarının açılış mərasimindən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə edilən raket hücumlarında valideynlərini, yaxınlarını itirmiş və xəsarət almış uşaqlarla görüşüblər. Onlar arasında Gəncə terrorunun azyaşlı şahidlərindən biri - Bəxtiyar Heydərli də olub. 

Bizim.Media xəbər verir ki, erməni hücumları nəticəsində dağıntılar altında qalan Bəxtiyarı dayısı xilas edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlə xanımının uşaqlarla səmimi anları - VİDEO


Uşağın yaşadığı ağır sarsıntıdan sonra ayaqları tutulub və o, yalnız iki gündən sonra yeriməyə başlayıb. Təbəssümü ilə yadda qalan Bəxtiyar bu gün Azərbaycan xalqının qətiyyət və iradəsinin simvolu kimi tanınır.





Bizim.Media

Seçilən
47
10
bizim.media

10Mənbələr