AZ

Fiziyev bir neçə ay müalicə olunacaq

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanlı döyüşçü Rafael Fiziyev zədələndiyi üçün Rio-de-Janeyroda keçiriləcək UFC turnirində iştirak etməyəcək. Oktyabrın 11-də onunla qarşılaşmalı olan Çarlz Oliveyra rəqibsiz qalsa da, təşkilatçılar tez bir zamanda əvəzləyici tapıb. Beləliklə, polşalı yüngül çəkili Mateuş Qamrot keçmiş UFC çempionuna qarşı döyüşə çıxacaq. Qərar artıq təsdiqlənib və qarşılaşma turnirin kartında yer alacaq.Fiziyev Oliveyra ilə qarşılaşmaya niyə çıxa bilmədiyini açıqlayıb:

“Hamı soruşur ki, niyə döyüşdən kənarda qaldın? Dizimi yenidən zədələdim. Hazırlıq yaxşı gedirdi, güləşirdim, amma diz yenə də tab gətirmədi. İndi əsas məsələ sağalmaqdı. Bu dizdən artıq iki dəfə əməliyyat olunmuşam. Üçüncü əməliyyata ehtiyac qalmasın deyə vaxtında müalicə vacibdi”.

Fiziyev həmçinin rinqə nə vaxt qayıda biləcəyini də açıqlayıb:

“Bir neçə ay müalicə olunacağam. Düşünürəm ki, yeni ildən sonra yenidən döyüşə qayıdacağam. Yaxşı rəqiblə qarşılaşmaq üçün şans qazanmalıyam. Mənim üçün dua edin ki, tezliklə sağalam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
icma.az

3Mənbələr