AZ

Təyyarənin şassi bölməsində cəsəd tapdılar

“American Airlines” şirkətinin əməkdaşları şirkətə məxsus təyyarənin şassi bölməsində gizlənmiş şəxsin cəsədini aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda “CBS News” telekanalı məlumat yayıb.
 

Məlumata görə, təyyarə Avropadan Şarlotta beynəlxalq hava limanına gəlib. Cəsəd texniki qulluqçular tərəfindən təyyarəyə texniki qulluq zamanı aşkar edilib.


Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsin öldüyünü müəyyən ediblər.

Məlumatda bildirilir ki, bu, 2025-ci ildə ən azı ikinci hadisədir.

Bizim.Media

Seçilən
17
3
bizim.media

4Mənbələr