AZ

Türkiyədə avtomobil yük maşını ilə toqquşdu: 5 ölü, 6 yaralı

Manisanın (Türkiyə) Salihli rayonunda ağır avtomobil qəzası baş verib.

Oxu.Az İHA-ya istinadən xəbər verir ki, qəza İzmir-Ankara D300 avtomobil yolunun Caferbey məhəlləsi yaxınlığında qeydə alınıb.

Qarşı zolağa çıxan avtomobilin yük maşını ilə toqquşması nəticəsində avtomobildə olan 5 nəfər hadisə yerində həlak olub. Yük maşınında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.
Seçilən
28
2
sherg.az

10Mənbələr