AZ

Bu Avropa ölkəsində böyük qaz yatağı kəşf edildi

BAKI, 29 sentyabr. TELEQRAF

Kiprdə yeni böyük qaz yatağı kəşf edilib.

Teleqraf xəbər verir ki, bu barədə Kiprin energetika naziri Yorqos Papanastasiou bildirib.

İlkin qiymətləndirmələrə görə, yatağın ehtiyatları təxminən 255 milyard kubmetrdir. Nazir vurğulayıb ki, yatağın kəşf edilməsi ölkənin enerji müstəqilliyinə nail olmaq üçün yeni imkanlar açır.

Kipr hökuməti qazın hasilatı planını hazırlamaq üçün ABŞ-nin “ExxonMobil” şirkəti ilə məsləhətləşmələr aparır. Müvafiq təkliflər alındıqdan sonra hakimiyyət yatağın işlənilməsi strategiyasını nəzərdən keçirmək və təsdiqləmək niyyətindədir.

Seçilən
62
teleqraf.com

1Mənbələr