37 yaşlı keçmiş ikiqat UFC çempionu (66 və 70 kq çəki dərəcələrində) Konor Makqreqor amerikalı döyüşçü Con Consun Ağ Evdə keçiriləcək UFC turnirində iştirak edib-etməməsi ilə bağlı suala qısa cavab verib.
İdman.biz xəbər verir ki, irlandiyalı ulduz bu barədə "SecondsOut" yutub kanalına müsahibəsində danışıb:
"Sizcə, Cons da sizinlə birlikdə Ağ Evdə baş tutacaq UFC turnirində iştirak etməlidirmi?" sualına Makqreqor "bəli" deyərək fikrini bildirib.
Xatırladaq ki, 38 yaşlı Cons 2008–2024-cü illərdə peşəkar səviyyədə çıxış edib. Onun hesabında 28 qələbə, 1 məğlubiyyət və nəticəsiz elan olunan 1 döyüş var. Bir çox mütəxəssislər və idmançılar onu qarışıq döyüş növləri tarixinin ən böyük döyüşçüsü hesab edirlər.