Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
2025-ci ildə FIFA Qitələrarası Kubokunun final mərhələsinə ev sahibliyi edəcək ölkənin adı təsdiqlənib..
İdman.biz Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəsmi saytına istinadən xəbər verir ki, turnirin son üç oyunu məhz Qətərdə keçiriləcək.
Dekabrın 10-da “iki Amerika derbisi” baş tutacaq – Meksikanın “Krus Asul” klubu Libertadores Kubokunun qalibi ilə üz-üzə gələcək.
Həmin oyunun qalibi dekabrın 13-də Misirin “Pyramids” klubu ilə "FIFA Challenger Cup" çərçivəsində qarşılaşacaq.
Dekabrın 17-də start götürəcək final matçında isə Fransanın PSJ komandası bu cütün qalibi ilə üz-üzə gələcək.
İlk iki oyun “Əhməd bin Əli” stadionunda keçiriləcək, final matçının məkanı isə daha sonra açıqlanacaq.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.