Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın adını daşıdığı nəvəsi Zeynəbin toyudur.
Milli.Az xəbər verir ki, Tamerlan adlı bəylə nikah masasına oturan Zeynəbin özəl günü "Gülüstan" sarayında keçirilir.
Toyda yer alanlar arasında Xalq artisti Aygün Kazımova da olub. Pop kraliça gecəyə qırmızı atlas libasda qatılıb. Ölkənin əsas ulduzu məclisdə sevilən mahnılarını oxuyaraq, qonaqları coşdurub.
Qeyd edək ki, Z.Xanlarovanın nəvəsinə 2023-cü ildə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində vəzifə verilmişdi.
Milli.Az