AZ

“Köln” öz meydanında “Ştutqart”a uduzdu

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Almaniya Bundesliqasının V turunda “Köln” doğma meydanda “Ştutqart”ı qəbul edib.

İdman.biz xəbər verir ki, “Köln” stadionunda baş hakim Matthias Yellenbekin (Frayburq) idarə etdiyi matçda ev sahibi 1:2 hesabı ilə məğlub olub.

4-cü dəqiqədə Yakub Kaminiski “Köln”ü önə çıxarıb – 1:0. 28-ci dəqiqədə Ermedin Demiroviç penalti zərbəsindən hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Yoşa Vaqnoman qonaqlara qələbə qazandırıb – 1:2.

Qeyd edək ki, bu nəticədən sonra “Köln” 7 xalla turnir cədvəlində 7-ci, “Ştutqart” isə 9 xalla 5-ci pillədədir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
icma.az

2Mənbələr