Gəncə və daha 6 şəhərdə bu gündən start götürən III MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin olunur.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə birgə naryad qrupları şəklində xidmət aparırlar.