AZ

“Qnabri və Kimmix mənə çox kömək etdi”

Kolumbiyalı hücumçu Luis Dias yay transfer pəncərəsində “Liverpul”dan “Bavariya”ya keçdikdən sonra yeni komandasında adaptasiyası barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Bild" 28 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Komandamızdakı hər kəs ispan dilində danışmır, amma Qnabri və Kimmix danışır və bu, mənə çox kömək edib. Bütün komanda mənə dəstək olur. Çox vahid və sakit bir kollektivdir. Bütün bunlar, eləcə də məşqçinin mənə dərhal göstərdiyi etimad, Münhendə uğurlu startım üçün çox vacib oldu”

Hücumçu həmçinin vurğulayıb ki, ünsiyyət üçün aktiv şəkildə ingilis dili öyrənir, lakin alman dilini öyrənmir. Cari mövsümdə 28 yaşlı futbolçu klub səviyyəsində 8 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
15
90deqiqe.az

1Mənbələr