AZ

“Şirin baba”ya bənzətdilər, əsəbiləşdi - VİDEO

Məşhur türkiyəli sənətçi Özcan Deniz, səhnəyə ağ saqqallı imici ilə qayıdıb və bu yeni görünüşü sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Onun saqqallı halı bir çox izləyicilər tərəfindən "Şirin Baba" obrazına bənzədilib.

Bu bənzətmələrdən narazılığını dilə gətirən sənətçi sosial mediada belə bildirib:

"Xarici məşhurlar saqqal saxlayanda 'çox karizmatik' deyirsiniz, amma öz sənətçinizə eyni gözlə baxmırsınız. Nə baş verir axı? Öz sənətçinizi də belə qiymətləndirin. Şirin Babanı da əlbəttə ki, sevirik."

Özcan Deniz, Cahide məkanında səhnə alarkən tamaşaçı ona "Saqqalını kəs" deyə səslənib. O, isə bu sözlərə zarafatla belə cavab verib:

"Kəs deyirsiniz, amma hazırda filmdə çəkilirəm. Ona görə də bu saqqal var. Açığı, mən də bu vəziyyətdən çox məmnun deyiləm."

Deniz hazırda rol aldığı "Son Yemək" filmi üçün bu imici saxladığını bildirib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
20
3
milli.az

4Mənbələr