AZ

"Ruslar artıq “oyanıb” reallığı qəbul etməlidirlər"

Moskva son həftələrdə Ukrayna tərəfi ilə ikitərəfli, eləcə də ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib.

Milli.Az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Cey Di Vens deyib ki, Moskva son həftələrdə Ukrayna tərəfi ilə ikitərəfli, eləcə də ABŞ prezidenti Donald Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib. "Son həftələr onlar ukraynalılarla ikitərəfli, habelə Tramp və digər amerikalı rəsmilərin iştirakı ilə üçtərəfli görüşlərdən imtina etdilər".

O əlavə edib ki, ABŞ sülh naminə fəaliyyətini davam etdirəcək və ümid edir ki, ruslar artıq "oyanacaq" və reallığı qəbul edəcək.

Qeyd edək ki, sentyabrın 25-də prezident Donald Tramp Ukraynadakı müharibənin bitməsinin vaxtının çatdığını bildirib və bir daha Moskvaya çağırış edib. O, Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu vurğulayaraq, "düşünürəm ki, artıq dayanmağın vaxtıdır" deyib.

Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra Rusiyanı "kağız pələng" adlandırıb, Ukraynanın isə yaxşı müqavimət göstərdiyini söyləyib. (APA)

Milli.Az

Seçilən
21
11
milli.az

10Mənbələr