AZ

Gürcüstanda quduzluq halları 96% azalıb

Gürcüstanda 2013-cü ildən bəri quduzluq halları 96% azalıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Qida Təhlükəsizliyi Milli Agentliyi məlumat yayıb.

Məlumata görə, bu il heyvanlarda 5 hal təsdiqlənib, onlardan biri Tbilisidə qeydə alınıb.

Agentliyin açıqlamasına görə, təhlükəli yoluxucu xəstəliyin tam aradan qaldırılması məqsədilə küçə heyvanlarının populyasiyasının idarə olunmasına dair pilot proqram başlayıb.

İlkin mərhələdə proqram Acarıstan, İmereti və Kaxeti bölgələrini əhatə edir.

Seçilən
143
operativmedia.az

1Mənbələr