AZ

“Bizdə kim güclüdüsə, o da oynayır” - Kurban Berdıyev

Misli premyer-liqasının 6-cı turunda “Turan Tovuz” “Kəpəz”i məğlub etdi - 3:0.

“Football-plus.az” xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdıyev oyundan sonra mətbuat konfansı keçirib.

- Bu gün uşaqlar oyuna yaxşı köklənmişdi. Ciddi səhvlər olmadı. Qələbəyə layiq idilər.

- Faiq Hacıyev bu gün sol cinah müdafiəçisi kimi oynadı. Ondan razı qaldız?
- Faiq yaxşı futbolçudu. Bu gün də yaxşı oynadı.

- Vacinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?
- Xəstə idi. Ondan razıyam.

- Enrike sağalandan sonra Faiq ehtiyatda qala bilər?
- Bizdə kim güclüdüsə, o da oynayır.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
21
1
football-plus.az

2Mənbələr