AZ

Belarus telekanalı Gəncədən III MDB Oyunları barədə reportaj hazırladı VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarusun “Belarus 5” telekanalı hazırda Gəncədə keçirilən III MDB Oyunları ilə bağlı reportaj yayımlayıb.

İdman.biz xəbər verir ki, belaruslu jurnalistlər reportajda multii̇dman yarışlarının yüksək səviyyədə təşkilini, ev sahibliyi edən Azərbaycanın qonaqpərvərliyini və təşkilatçıların göstərdiyi diqqəti xüsusi vurğulayıblar.

Reportajda, həmçinin müasir dizayna malik medallar və qaliblərə təqdim olunan hədiyyələr barədə danışılıb. Bundan əlavə, müxtəlif idman növləri üzrə yarışların keçirildiyi Gəncə İdman Kompleksi də diqqət mərkəzinə çəkilib.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi saat 19:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
icma.az

2Mənbələr