GƏNCƏ, 28 sentyabr. TELEQRAF
"Burada güclü rəqiblər var, yarışın çətin keçdiyini deyərdim."
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycanda keçirilən III MDB Oyunlarında brass üsulu ilə 100 metr məsafədə qızıl medal qazanan Belarus üzgüçüsü Usevalad Sarakavik söyləyib.
O, Belarusdan Azərbaycana uzaq məsafə səbəbindən adaptasiyanın çətin keçdiyini bildirib: "Tam olmasa da, adaptasiya ola bilmişik. Gəncə çox gözəl şəhərdir. Gəncə İdman Sarayında isə əla imkanlar yaradılıb. Azərbaycana gözəl təşkilatçılığa görə təşəkkür edirəm”.