ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya prezidenti Vladimir Putin artıq xəbərdarlıq edib ki, Kiyev Kremlin üzərinə hücum etməyə cəhd etsə, cavabın necə olacağı bəllidir. Bu cür hadisələrin inkişafı barədə düşünmək belə doğru deyil”.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib. Müsahibədən parçanı jurnalist bazar günü, 28 sentyabrda öz Telegram kanalında yayımlayıb.“Bizim ali baş komandanımız, prezident bu mövzuda artıq danışıb. Bu barədə danışmaq belə lazım deyil. Hamı da bunu başa düşür”, — deyə Kreml nümayəndəsi bildirib və əlavə edib ki, əgər belə hücumlar həyata keçirilsə, cavab bəllidir.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski “The Axios Show” proqramına müsahibəsində demişdi ki, əgər Rusiya müharibəni dayandırmasa, Kremlin əməkdaşları “yaxınlıqdakı sığınacağın harada olduğunu bilməlidirlər”.
“Onlar bilməlidirlər ki, sığınacaqlar haradadır. Onlara lazım olacaq”, — deyə Zelenski uzaqmənzilli silahlarla mümkün hücumları istisna etməyib.“Xüsusi əməliyyat” zonasındakı vəziyyət Ukrayna üçün hər gün pisləşirPrezidentin mətbuat katibi deyib ki, Ukrayna üçün vəziyyət hər gün daha da ağırlaşır:“Hər gün Ukrayna üçün vəziyyət qaçılmaz şəkildə pisləşir. Hər gün Ukraynanın danışıqlardakı mövqeləri zəifləyir. Onlar bunu başa düşməlidirlər”, — Peskov bildirib.Onun sözlərinə görə, Ukrayna hakimiyyəti də daxilən bunu anlayır, “amma təəssüf ki, blef edirlər və sülh yolunda irəliləmirlər”.“Zelenski Qərbə göstərməyə çalışır ki, o, ‘igid döyüşçüdür’”Kreml sözçüsü hesab edir ki, Zelenski Qərb kuratorlarına və Avropaya özünü igid hərbçi kimi göstərmək istəyir.“Zelenski çalışır ki, indi Ukraynanın “qida təminatçısı” olacaq avropalılara və onların kuratorlarına göstərsin ki, guya igid vuruşçudur. Amma cəbhədəki vəziyyət tam əksini göstərir”, — Peskov deyib.Putin Tramp ilə Moskvada görüşməyə hazırdırPeskov həmçinin TASS-a bildirib ki, prezident Vladimir Putinin ABŞ lideri Donald Trampa ünvanladığı dəvət qüvvədə qalır:“Bu dəvət bir kənara qoyulmayıb. O, qüvvədədir. Putin Tramp ilə görüşməyə hazırdır və buna sevinər. Sonrası isə Trampın qərarından asılıdır”, — Kreml nümayəndəsi deyib.Avqustda Ankoricdə keçirilən danışıqlardan sonra Putin növbəti görüşün Moskvada təşkilini təklif etmişdi. Tramp bunu mümkün saydığını, amma buna görə tənqid oluna biləcəyini də qeyd etmişdi.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.