AZ

Gəncənin marşrut şəbəkəsi yenidən formalaşdırılıb

Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, mövcud marşrut xətlərində optimallaşdırma aparılıb, yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün alınıb.

Məlumatda bildirilir ki, əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını "CityCard" nağdsız ödəniş sistemi, NFC texnologiyasından istifadə edərək istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri olan "Google Pay" və "Apple Pay" vasitəsilə ödəmək mümkündür. Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması da var.

Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423 sürücü təlim və imtahan prosesini uğurla bitirib. Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarə olunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verən yeni avtobus deposu kompleksi istifadəyə verilib.

Seçilən
44
9
publika.az

10Mənbələr