AZ

Ərdoğan Qarabağdan olan türkiyəli tanınmış şairin ailəsinə başsağlığı verdi- FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şair və yazıçı Yavuz Bülent Bakilerin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.

 Ərdoğan öz paylaşımında qeyd edib:

“Gözəl şeirləri, xatirələri, səyahətnamələri, ədəbiyyatımıza məktub şəklində yazılmış bənzərsiz əsərlər bəxş edən Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatı laureatı Yavuz Bülent Bakilerin vəfatı məni çox kədərləndirdi. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, dostlarına və bütün ədəbiyyat camiəsinə başsağlığı verirəm. Rəbbim məkanını cənnət etsin!”

Qeyd edək ki, Azərbaycan haqqında çoxlu şeirin müəllifi, əslən Qarabağdan olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.


Seçilən
49
3
news365.az

4Mənbələr