AZ

“Everton”un müdafiəçisi yenidən “Mançester Yunayted”in hədəfində

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Mançester Yunayted” rəhbərliyi qış transfer dövründə “Everton”un müdafiəçisi Carrad Brantveytlə bağlı danışıqlara qayıtmağı planlaşdırır.

İdman.biz "Daily Star"a istinadən xəbər verir ki, potensial təklifin məbləği təxminən 76 milyon avro civarında ola bilər.

22 yaşlı ingilis futbolçu Premyer Liqanın ən perspektivli mərkəz müdafiəçilərindən biri hesab olunur. İyun ayında yeni müqavilə imzalanmasına baxmayaraq, oyunçuya top-klublardan maraq getdikcə artır.

Eyni zamanda, futbolçuya “Liverpul” da rəqib olacaq. Klub Brantveyti Vircil van Deykin davamçısı və İbraime Konateni əvəzləyəcək potensial oyunçu kimi qiymətləndirir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr