AZ

Britaniya Avropanı Rusiyadan qorumaq üçün “dron divarı” quracaq

Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, NATO-nu Rusiyanın mümkün təxribatlarından qorumaq məqsədilə Britaniya istehsalı olan pilotsuz uçuş aparatları “dron divarı”nın yaradılmasında istifadə olunacaq.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, aşağı maliyyətli bu yeni dronlar Ukrayna ilə birgə hazırlanıb və alyansın şərq sərhədində Rusiya təyyarə və dronlarının qarşısını almağa xidmət edəcək. Son aylarda Polşa və Estoniyanın hava məkanına Rusiyaya məxsus təyyarə və dronların daxil olması Avropa nazirlərini ciddi narahat edib. Böyük Britaniya artıq Polşada RAF “Typhoon” qırıcılarını yerləşdirərək Moskvaya güc nümayiş etdirib. Həftə ərzində Danimarka və Norveçdə, eləcə də İsveçin Karlskrona arxipelaqı yaxınlığında naməlum dronların göründüyü barədə məlumat yayılıb.

Müdafiə naziri Con Hili “The Telegraph” qəzetinə açıqlamasında bu cür “məsuliyyətsiz və təhlükəli” addımların NATO tərəfindən cavabsız qalmayacağını bildirib. Böyük Britaniya Ukrayna ilə birgə “Project Octopus” adlı xüsusi proqram başladıb. Layihə çərçivəsində yaxın həftələrdə Britaniya zavodlarında istehsal olunacaq yeni müdafiə dronları Rusiya təhdidlərinə qarşı sərhəd boyunca yerləşdiriləcək.

Avropa nazirlərinin son iclasında “dron divarı” konsepsiyası müzakirə olunub. Plana əsasən, sərhəd boyu yerüstü buraxılış sistemləri vasitəsilə dronlar yerləşdirilərək, Rusiyadan gələ biləcək hərbi və ya hibrid hücumların qarşısı alınacaq.

Seçilən
19
6
xezerxeber.az

7Mənbələr