AZ

Rebrovun taleyinə Azərbaycanla oyundan sonra aydınlıq gələcək

Ukrayna millisində baş məşqçi Sergey Rebrovla yollar ayrıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Outsiders” portalı məlumat yayıb. Ukraynalı mütəxəssis Yunanıstanın “Panatinaikos” klubunda baş məşqçi postuna namizədlər arasındadır.
 

Ukrayna millisində Rebrovla bağlı qərar gələn ay veriləcək. Yığma DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycanla qarşılaşacaq. Mütəxəssisin işinə bu matçlardan sonra qiymət veriləcək.


Ukrayna seçmə mərhələsə buna qədər keçirdiyi 2 oyunda 1 xal qazanıb. Fransaya 0:2 hesabıyla uduzan “sarılar” Azərbaycanla Bakıda heç-heçə edib – 1:1.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr