AZ

iPhone 17-ni kölələr yığırmış: Dəhşətli faktlar üzə çıxdı

iPhone 17-nin istehsal olunduğu Çinin Çjençjou şəhərindəki "Foxconn" fabrikinin işçiləri ağır iş şəraiti ilə üzləşirlər. İşçilər cüzi maaş almaq üçün uzun saatlarda və çox vaxt istirahət günləri olmadan işləməyə məcbur olurlar.

Publika.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Nəşr qeyri-kommersiya təşkilatı olan China Labor Watch-ın (CLW) hesabatına istinad edib. Hesabata görə görə, məzuniyyət və istirahət vaxtının olmaması fabrikdə işləməyi köləlik halına çevirib.

Zavodda işçilərin 50%-dən çoxu mövsümi işçilər kimi qeydiyyata alınıb və onların sayı təxminən 200.000 nəfər təşkil edir. Bu, Çin qanunları ilə müəyyən edilmiş 10%-lik həddi xeyli üstələyir: "Mövsümi işçilərin kütləvi qeydiyyatı ilə bağlı əvvəllər də dərc edilmiş CLW hesabatlarına baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır".

Seçilən
75
publika.az

1Mənbələr