AZ

Vinisius məhkəmədə qalib gəldi

Vinisius Junior bundan sonra bütün diqqətini futbola ayıra bilər. “Real”ın futbolçusu brend məsələsi ilə bağlı məhkəmə işində qalib gəlib.

Bu haqda AS nəşri məlumat yayıb. La Korunyadan olan bir biznesmen 2018-ci ilin noyabrında futbolçunun adını brend kimi qeydiyyatdan keçirmişdi. Halbuki braziliyalı “Vinicius Jr” ticarət nişanını bir il əvvəl rəsmiləşdirmişdi. İş adamı iddia edirdi ki, həmin vaxt Vinisius tanınmırdı və istehlakçılar brendi onunla əlaqələndirmirdilər. Lakin La Korunya və əyalət məhkəmələri futbolçunun xeyrinə qərar çıxarıb, brendin qeydiyyatını ləğv edib və məhkəmə xərclərinin ödənilməsini biznesmenin üzərinə qoyub.

Onu da qeyd edək ki, həmin iş adamı daha əvvəl brendin adının Roma imperiyası tarixinə və öz ailəsinə əsaslandığını bildirmişdi. Lakin bu dəlillər 2023-cü ildə məhkəmə tərəfindən rədd edilmişdi.

Seçilən
12
3
football-plus.az

4Mənbələr