AZ

Gəncədə III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb

Gəncə İdman Sarayında III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb.

Bakı Şəhər Halqasından Publika.az-a bildirilib ki, mərkəzdə 120 media nümayəndəsinin bir vaxtda işləməsi üçün lazımi şərait yaradılıb.

Əsas Media mərkəzinin yerləşdiyi idman məkanında həmçinin, 4 idman növünü –üzgüçülük, atıcılıq, qılıncoynatma, voleybol yarışlarını canlı izləmək, qarışıq zonalarda açıqlama, müsahibələr götürmək və bunun nəticəsində operativ reportaj və məqalələr hazırlamaq imkanı yaradılıb.

Bundan başqa, yarışların keçiriləcəyi 12 idman arenasının hər birində media toplanış məntəqələri, mətbuat otaqları və qarışıq zonalar mövcuddur.

Qeyd edək ki, Oyunları işıqlandırmaq üçün 8 ölkədən 432 yerli və xarici media nümayəndələri qeydiyyatdan keçib.

Seçilən
18
17
publika.az

10Mənbələr