AZ

Həftəsonu tapşırıqları: Şagirdələrə yük, yoxsa dəstək olmalı?

Həftəsonları şagirdlərin həm istirahəti, həm də öyrəndiklərini möhkəmləndirməsi üçün əla fürsətdir.  TehsilForumu.Az-ın araşdırmasına görə, bu fürsəti faydalı edə biləcək əsas amil – tapşırıqların düzgün tərtib olunmasıdır. Məqsəd nədir?Tapşırıq – nəzarət yox, öyrənməni gücləndirmək vasitəsi olmalıdır. Uşağın beyni yorulmamalı, marağı ölməməlidir.Balans olmalıdır:Tapşırıq nə çox ağır, nə də formal olmalı. 30-40 dəqiqəyə yerinə yetirilə biləcək, düşündürücü, lakin yorucu olmayan tapşırıqlar seçilməlidir.Ailə ilə vaxt keçirməyə imkan verilməlidir:Şagirdlər yalnız oxumaq üçün yox, sosiallaşmaq, istirahət etmək, kitab oxumaq və sevdikləri məşğuliyyətlərə zaman ayırmaq üçün də şərait tapmalıdır.Yaradıcı və praktik tapşırıqlara üstünlük verilməlidir:Məsələn: “Bu həftə baş verən maraqlı hadisə haqqında 5 cümlə yaz” və ya “Ailəndən bir atalar sözü öyrən, mənasını yaz.” – həm maraqlı, həm də düşündürücüdür.Tapşırıq şagirdin öz işi olmalıdır.Tapşırığa əsasən izahı valideyn yox, müəllim etməlidir.Beləliklə, uşaq özü düşünməli və nəticə çıxarmalıdır.TehsilForumu.Az

Seçilən
72
tehsilforumu.az

1Mənbələr