Aparılan elmi araşdırmalara görə, insanın qan qrupu onun müəyyən xəstəliklərə meylliliyinə və uzunömürlülüyünə təsir edə bilər. Mütəxəssislər bildirirlər ki, bu amil insan ömrünü tam müəyyən etməsə də, sağlamlıq risklərini formalaşdırır.
Məlumata görə, 0 (I) qan qrupuna sahib insanlar ürək-damar xəstəliklərinə nisbətən daha az meyillidirlər.
Onlarda infarkt və insult riski digər qruplara görə aşağı hesab olunur. Bu səbəbdən bir çox tədqiqatçılar 0 qrupunu daha uzunömürlü hesab edirlər.
Eyni zamanda, A qan qrupundan olan şəxslərdə xərçəng və diabet kimi xəstəliklərə meyillilik nisbətən çox müşahidə olunur. B və AB qan qrupları isə bəzi nadir xəstəliklərə daha açıq olur.
Alimlər bildirirlər ki, qan qrupunun təsiri yalnız müəyyən riskləri artırır və ya azaldır. Uzunömürlülüyün əsas amilləri isə sağlam qidalanma, aktiv həyat tərzi, stressdən uzaq qalmaq və müntəzəm tibbi müayinələrdir.
Qeyd edək ki, qan qrupu insan ömrünə müəyyən qədər təsir etsə də, əsas rolu həyat tərzi və genetik faktorlar oynayır.