AZ

Gəncədə doğum şöbəsini tarakanlar basıb - İDDİA

Gəncədə

Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Ginekologiya və Doğum şöbəsində xoşbəxt anlar yaşayan anaların sevinci narahatedici mənzərə ilə müşayiət olunub. Ulusum.az Gencexeber.az-a istinadən xəbər verir ki, xəstəxananın pasiyentlərindən daxil olan çoxsaylı şikayətlərə əsasən, şöbəni tarakanlar və digər həşəratlar basıb. Burada müalicə alan qadınların iddialarına görə, palatalarda, hətta pasiyentlərin şəxsi dolablarında belə tarakanların dolaşdığı müşahidə olunur. Onlar bildirirlər ki, bu vəziyyət sanitar normalara ziddir və ciddi narahatlıq doğurur.Məsələ ilə bağlı narahatlıq təkcə estetik yönümlü deyil, həm də sağlamlıqla bağlıdır. Çünki tarakanlar müxtəlif xəstəliklərin daşıyıcısı ola bilər. Bu isə xüsusilə doğuşdan sonra immuniteti zəif olan analar və yeni doğulmuş körpələr üçün daha təhlükəlidir.Şikayətçilər bildirirlər ki, məsələ barədə həkim heyətinə və xəstəxana rəhbərliyinə dəfələrlə məlumat verilsə də, hələlik ciddi tədbir görülməyib. R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!

Türkiyə ədliyyə naziri Yılmaz Tunçdan Azərbaycanla əlaqələrə dair açıqlama

Alimlərdən inqilabi addım: Viruslara qarşı ən böyük zülal bazası yaradıldı

Seçilən
36
ulusum.az

1Mənbələr