AZ

Sandu: Hakim partiya yalnız Avropayönlü qüvvələrlə ittifaqlara hazırdır

Moldova Prezidenti Maya Sandu bəyan edib ki, onun yaratdığı Fəaliyyət və Həmrəylik Partiyası gələcək parlamentdə sırf Avropayönlü partiyalarla koalisiya yaratmağa hazırdır.

Azreform.info xəbər verir ki, o, bunu seçki məntəqəsində jurnalistlərin gələcək parlament çoxluğu ilə bağlı suallarını cavablandırarkən deyib.

"Yalnız Avropa dəyərlərinə həqiqətən inanan insanlar növbəti parlamentdə avropapərəst çoxluq təşkil edə bilər və yalnız bundan sonra biz irəliləyə biləcəyik" - Sandu bildirib.

Qeyd edək ki, sentyabrın 28-də Moldovada parlament seçkiləri keçirilir. Seçkilərin baş tutmuş sayılması üçün seçki siyahılarına daxil edilmiş 3,2 milyon nəfərin üçdə biri iştirak etməlidir. Səsverməni 3000-dən çox müşahidəçi, o cümlədən 20-dən çox ölkədən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Aİ təşkilatlarından 600-dən çox nümayəndə izləyəcək.

Seçilən
19
5
azreform.info

10Mənbələr