AZ

Vüsal İsgəndərli penaltidən fərqləndi, komandası uduzdu

Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” səfərdə “Bilis”lə qarşılaşıb. Matçda qonaqlar 1:3 hesabı ilə məğlub olublar.

İsgəndərli görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunu 20-ci dəqiqədə penaltidən vuraraq hesabı açıb.

Qeyd edək ki, bu, futbolçunun mövsümdə vurduğu növbəti qol olub.

 

Seçilən
12
1
idmanxeber.az

2Mənbələr