Demokrat.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
Müharibənin 2-ci günü
• BMT-nin Baş katibi Antonio Quterreş ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
• Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusunun üç silah-sursat anbarı, çoxsaylı texnikası və 550-dən çox canlı qüvvəsi məhv edilib.
• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib.
• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
9Mənbələr
-
qaziler.azVətən müharibəsinin xronikası: 28 sentyabr ( 21819517)
-
anspress.comVətən müharibəsinin xronikası: 28 sentyabr ( 21819286)
-
azvision.azBöyük günlərin xronikası: 28 sentyabr ( 21819070)
-
azvision.azBöyük günlərin xronikası: 28 sentyabr ( 21819013)
-
demokrat.azVətən müharibəsinin xronikası: 28 sentyabr ( 21818797)
-
xezerxeber.azVətən müharibəsinin xronikası: 28 sentyabrda nələr oldu? ( 21818626)
-
azertag.azVətən müharibəsinin xronikası: 28 sentyabr ( 21818500)
-
bizim.mediaVətən müharibəsinin xronikası: 28 sentyabr VİDEO ( 21814663)
-
bizim.mediaVətən müharibəsinin xronikası: 28 sentyabr – VİDEO ( 21814624)