AZ

Selena Qomez evləndi! - İlk toy FOTOLARI

Müğənni Selena Qomezin şəxsi həyatı həmişə mürəkkəb olub, buna görə də onun toyunu pərəstişkarları xüsusi həyəcanla gözləyirdilər. Artıq “Love You Like a Love Song” mahnısını açmağın vaxtıdır, çünki Selena Qomez və Benny Blanco evləndilər! “Only Murders in the Building” serialının ulduzu və prodüser 27 sentyabrda iki ildən artıq münasibətdən sonra nikaha daxil olublar.

Bizim.Media xəbər verir ki, dostlarının və ailələrinin xoş baxışları və sevinc göz yaşları fonunda cütlük bir-birinə “Bəli” dedi və həyatlarının yeni fəslinə qədəm qoydu.

Selena və Benny andlarını Santa-Barbara dairəsinin Montecito qəsəbəsində yerləşən şəxsi malikanədə, xurma ağaclarının əhatəsində dəyişiblər.

TMZ-nin məlumatına görə, mərasimin keçirildiyi məkan xüsusi zövqlə hazırlanıb: kokteyl barları, açıq havada istirahət zonaları və qonaqlar üçün müvəqqəti qastronomiya mətbəxləri.
 

27 sentyabrda Selena toya həsr olunmuş paylaşım edərək həmin günün təsirli foto və videolarını izləyiciləri ilə bölüşüb. Cütlük Ralph Lauren geyimlərini seçib: Benny klassik qara smokinqlə və qalstuk-kəpənəklə, Selena isə çiçək naxışlı gəlinlikdə parıldayıb. Fotolara isə sadəcə “9.27.25” yazıb. Benny isə altına belə şərh qoyub: “Mənim real həyatda arvadım”.


Xəbəri eşidən pərəstişkarlar sosial şəbəkələri təbrik mesajları ilə doldurublar:

“Aman Tanrım! Möhtəşəm!”, “Çox sevinirəm, sizi sevirəm!”, “Çox xoşbəxtəm sənin üçün, kraliça! Sən bütün sevgiyə layiqsən!”, “Parlayırsan! Sevgi, sağlamlıq və xoşbəxtlik arzulayıram!”.

Selena Qomez və Benny Blanconun sevgi hekayəsi 2023-cü ilin iyulunda başlayıb. Onlar rəsmi cütlük olmamışdan əvvəl illərlə dost idilər. Selena ilə münasibət qurmazdan xeyli əvvəl Benny ona bir neçə hit bəstələmişdi: Kill Em with Kindness, Same Old Love və I Can't Get Enough.

Bir-birlərindən ayrı qala bilməyəcəklərini anlayandan sonra cütlük hər gününü birlikdə keçirməyə başladı. Benny, Selananın bir çox qırmızı xalça tədbirlərində – o cümlədən 2024-cü ildə “Emmy” mükafatlarında onun daim müşayiətçisi olub.
 

“Bu qədər sevilməmişdim”, – deyə “Hands to Myself” hitinin ifaçısı 2024-cü ilin sentyabrında Vanity Fair jurnalına müsahibəsində etiraf etmişdi. – “O mənim üçün işıq oldu. Həyatımı işıqlandıran bir işıq. O, mənim ən yaxın dostumdur. Hər şeyi ona danışmağı sevirəm”.


2024-cü ilin dekabrında Benny münasibətləri növbəti mərhələyə daşıyaraq, Selanaya nişan üzüyü ilə evlilik təklifi edib. Bu, açıq havada keçirilən piknikdə, menyunun əsas yeməyi “Taco Bell” olanda baş verib.






Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr