AZ

Sentyabrın 28 i faktiki hava: Astarada 57 mm yağış, Zaqatalada sel

ain.az, Dogru.az saytına istinadən bildirir.

Sentyabrın 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Yağan yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala və İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxın Sarıbaş kəndində 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygölün Hacıkənd qəsəbəsi ərazisində 3, Naftalan, Göyçay, Biləsuvar rayonlarında 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan, həmçinin Bakı və Abşeron yarımadasında isə 1 millimetrədək qeydə alınıb.

Sentyabrın 28-i səhər saat 08:00-dan etibarən Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.

Bundan əlavə, Daşkəsən, Gədəbəy, Göygöl, Qax (Sarıbaş), Balakən, Zaqatala, Şəki, Şamaxı, Altıağac (Xızı), Qrız və Qusar rayonlarında duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
43
dogru.az

10Mənbələr